Konqoda mis mədəni çökdü - 36 ölü

Konqoda mis mədəni çökdü - 36 ölü
Konqo Demokratik Respublikasındakı mis mədəninin çökməsi nəticəsində 36 nəfər həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Konqonun cənub-şərqində baş verib. Mədəni işlədən İsveçrə mərkəzli Kamoto mis şirkətinin verdiyi məlumata görə, Kolvezi bölgəsində yerləşən mis mədənlərinə hər gün rəsmi işləmə icazəsi olmadan minlərlə qanunsuz işçi gəlirdi.
Bildirilir ki, qanunsuz mədən işçiləri heç bir təhlükəsizlik tədbiri görmədən uzun müddət tərk edilmiş mədənlərdən birinə daxil olublar.
Hadisənin baş vermə səbəbi isə hələ ki, məlum deyil. Axtarış-xilasetmə işləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR