Kondisionerdən bu qaydada istifadə XƏRÇƏNG YARADIR — Azərbaycanlı həkimdən ŞOK XƏBƏRDARLIQ

Kondisionerdən bu qaydada istifadə XƏRÇƏNG YARADIR — Azərbaycanlı həkimdən ŞOK XƏBƏRDARLIQ
Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, radioaktiv qazlar siqaret tüstüsündən daha təhlükəklidir.
Sfera.az publika.az-a istinadla xəbər verir ki, həkimin sözlərinə görə, xüsusən böyüklərdə ağciyər, uşaqlarda isə leykoza səbəb olan radioaktiv qazlar hər birimizin evində var. Ş.Məmmədov xərçəngin yaranma səbəblərindən birini belə izah edib:

"ABŞ kimi inkişaf etmiş ölkədə hər 15 evdən 1-i yüksək konsentrasiyadadır. Konsentrasiyası 1 litr havada 4 pikokuridən çox olarsa, xərçəng törədir. Radon qazı radioaktivdir, ən stabil izotopu 222 olsa da, 36 cürbəcür izotopu vardır. Atom çəkisi 86-dır. O, yerin altında qaya və torpaq arasında radioaktiv urandan əmələ gəlir. Divarlardan keçən su, qaz boruları ilə divar arasından evə keçir. Əgər çatlar böyükdürsə, ya su, qaz turbalarının keçdiyi yerlər tam hermetik suvanmayıbsa, bu qazın konsentrasiyası daha da artır. Radon qazı hazırda ağciyər xərçənginin ən öndə gedən səbəbləri arasındadır. Tək ABŞ-da ildə 21000 insan radon qazı nəticəsində xərçəngə tutulur.

Əgər evdə kondisioner işlədirsinizsə və pəncərələri bağlamısınızsa, radon qazı ilə nəfəs alırsınız. Xüsusi gümüş filtrli kondisionerlər radon azaldıcı qabiliyyətə malikdir. O, iysiz, dadsız, heç bir qıcıqlanma verməyən qazdır. Xüsusi cihaz vasitəsilə evlərdə radon qazının səviyyəsini ölçən, onun səviyyəsini azaldan cihazlar mövcud olsa da, ölkəmizdə o cihazlara rast gəlməmişəm.
Evlərdən pəncərələrin açıq olması və tavandan asılan ventilyatorlar havadan radonun təmizlənməsinə kömək edir. Bir də qazın çıxması üçün binalarda hər evdə boru (baca) quraşdırılır, adətən mətbəx otağında olur, həmin sistemin düzgün işləməsinə əmin olun. Odur ki, pəncərəni heç qışda da bağlamayın".

Sonda həkim qeyd edib ki, kondisioner radon əmələ gətirmir. Kondisioner işlədiyi üçün insanlar qapı və pəncərələri kip bağlayır. Nəticədə radon çölə çıxa bilmir.


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...