No Image
No Image

“Kompüterimiz, telefonumuz yox idi, amma xoşbəxt idik...” - İradə İbrahimova

“Kompüterimiz, telefonumuz yox idi, amma xoşbəxt idik...” - İradə İbrahimova
"Biz 1960-1980-ci illərin arasında doğulan insanlar Allahın sevdiyi bəndələriyik. Həyatımız həqiqi bir dəlildir".

Sfera.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Arxiv fotolarını yayımlayan sənətçi keçmişdəki həyat tərzi ilə indiki zamanı müqayisə edib:

"Məktəbdən sonra axşama qədər küçədə oynayardıq. Televizora demək olar ki, heç baxmazdıq. İnternet dostları ilə deyil, əsil dostlarla oynayardıq. Susadığımız zaman şüşə suyu deyil, bulaq suyu içərdik. Eyni stəkandan bir neçə rəfiqənin su içdiyi təqdirdə xəstələnməzdik. Tomatlı, kərə yağlı çörək yediyimiz halda kökəlməzdik. Yalın ayaq gəzərdik, amma heç nə olmazdı. Ana-atalarımız sağlam olaq deyə, bizə vitaminlər, tamamlayıcı qidalar verməzdi. Oyuncaqlarımızı özümüz düzəldər və oynayardıq.

Ailələrimiz varlı deyildi. Bizə var-dövlət deyil, sevgi verdilər. Mobil telefonlarımız, "PlayStation"larımız, kompüterlərimiz, internet söhbətlərimiz olmadı. Rəfiqələrimizin evinə getmək üçün dəvət almadıq. İstədiyimizdə gedirdik, onlarla birlikdə xoş zaman keçirib, yemək yeyərdik. Bütün qohumlarla iç-içə yaşayar, yaxın münasibətlərimiz olardı. Şəkillərimiz ağ-qara idi, amma rəngli xatirələrlə dolu idi. Biz özünəməxsus, başadüşən nəsilik, çünki biz valideynlərimizin sözünə baxan son nəsilik. "Bizim vaxtımızda biz beləydik" dediyimiz vaxtlara gəldik".

Qeyd edək ki, İ.İbrahimova ailə qurduqdan sonra Türkiyəyə köçüb. Onun iki övladı var.

Açar sözlər
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Çox əziyyətlər çəkdim" - Gülay

"Səhnə yaradıcılığım və mənim illərimdir".   Sfera.az xəbər verir ki, bu sözləri müğənni gülay Zeynallı yazıb. İfaçı sənət yolunda çəkdiyi əziyyətlərdən ...

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO

Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib. Sfera.az xəbər veri...

Azərbaycanlı rejissor ukraynalı müğənnidən boşandı - FOTOLAR

Ukraynalı müğənni İrina Bilık və Rusiyada yaşayan Azərbaycan əsilli rejissor Aslan Əhmədov rəsmən boşanıblar. Sfera.az  lent.az-a istinadla bildirir ...

Aygün Kazımovanın 32 il əvvəlki görüntüsü təəccübləndirdi -FOTO

Xalq artisti Aygün Kazımova yeni paylaşımı ilə diqqət çəkib. Sfera.az  xəbər verir ki, 50 yaşlı sənətçi sosial şəbəkə hesabında 18 yaşında çəkdirdiyi...

Məşhur aktrisa dünyasını dəyişdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə sosial mediada məlumatlar yayılıb.   90 yaş...

Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

Azərbaycanlı sənətçilər yanğınlardan əziyyət çəkən Türkiyəyə yardım etmək üçün yeni axım başladıb.   Sfera.az bildirir ki, hər sənətçi öz adında...