Kommunal xidmət kartlarına onlayn pul yükləmək olar? - AÇIQLAMA

Kommunal xidmət kartlarına onlayn pul yükləmək olar? - AÇIQLAMA
Son vaxtlar vətəndaşların daha rahat və onlayn ödəmə üsullarından istifadə edə bilmələri üçün yeni imkanlar açılır. Artıq bir çox xidmət ödəmələri internet üzərindən həyata keçir.

Sfera.az xəbər verir ki, bu günlərdə isə "BakıKart”la bağlı internet portalı üzərindən ödəmənin tətbiqinə başlanılıb.

Belə ki, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

Məsələ kommunal xidmətlərin də bu üsulla tətbiqini gündəmə gətirib. Bəllidir ki, "Azəriqaz”, "Azərişıq” və "Azərsu” ya məxsus smart tipli sayğacların kartını ödəmə terminallarına daxil etməklə balansı artırmaq mümkündür.

Maraqlıdır, bu kartların da balansını internet üzərindən birbaşa artırmaq mümkün olacaqmı?

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında belə bir tətbiqin mövcudluğunu, amma tam işlək halda olmadığını deyib: "Fərdi qaydada smart kartlara vəsaitin otuzdurulması prosesi uzun müddətdir var. Proses olaraq SOCAR və "Azəriqaz” bununla bağlı layihə hazırlayıb. Problem ondadır ki, ilkin olaraq abonent kart oxuyucusu almalıdır. Bildiyim qədər bu, onlayn internet şəbəkələrində satışda olur.

Onun evdən və ya məsafədən yüklənməsi prosesi internet şəbəkə üzərində müəyyən xətalar verir. Bu səbəbdən biz birbaşa vətəndaşlara açıq şəkildə bunu elan etməmişik ki, hər kəs fərdi qaydada özü kartına evdən, yaxud məsafədən vəsait otuzdura biləcək”.

Qurum rəsmisinin sözlərinə görə tətbiq zamanı müəyyən xətalar və vəsait itmələri mümkündür: "Sistem tam hazırlanmayıb. Bu problem internet şəbəkəsi üzərindən getdiyinə və təhlükəsizliyə görə hal-hazırda tam həllini tapmayıb”.

"Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, "BakıKart” başqa tiplidir, ora NFS texnologiyasi ilə internet ödənişi sistemlərindən yükləmə etmək olur: "Bizdə istifadə olunan kartlar "chipli” olduğuna görə bu tipli kartlara yalnız "reader” vasitəsilə balans yükləmək mümkündür. Ödəniş sistemlərindən bu kartlara onlayn balans artırmaq olmur”.

"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə hələlik sözügedən tətbiqin hazırlanmasının nəzərdə tutulmadığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...