Tarif Şurası vətəndaşı nə qədər ziyana salıb? - 2 dəfə çox xərcləyəcəyik

Tarif Şurası vətəndaşı nə qədər ziyana salıb? -  2 dəfə çox xərcləyəcəyik
Əhali istehlak qrupu üçün satılan suyun qiymətinin artırılması ümumi xərclərdə kommunal xidmət xərclərinin payının artmasına səbəb olacaq. Son 20 ilin təhlili göstərir ki, su, işıq, qaz və digər yanacaq növlərinin tədricən bahalaşması hesabına onlara çəkilən xərcin ümumi xərclərdə payı 2 dəfəyə yaxın artıb.
 
Sfera.az xatırladır ki, 2001-ci ildə əhali hər ay adambaşına kommunal xidmətlərə 1,5 manat xərcləyib. Həmin ildə kommunal xidmətin əldə edilməsinə çəkilən xərc ümumi xərclərin 4,71 faizini təşkil edirdi. Başqa sözlə hər ay adambaşına 100 manat xərclənirdisə, bunun 4,71 manatı kommunal xidmətlərin alınmasına sərf olunurdu. 2005-ci ildə kommunal xidmət xərclərinin ümumi xərclərdə payı 6 faizi, 2011-ci ildə 7 faizi ötdü.
 
2001-ci illə müqayisədə kommunal xərclərin payının artması xidmət növlərinin bahalaşması ilə bağlıdır. Əvvəllər kommunal xidmət tarifləri çox aşağı olduğundan əhalinin xərclərində onun payı nəzərə çarpmırdı. Lakin sonrakı illərdə xidmətlərin genişləndirilməsi və keyfiyyətin artırılması qiymətlərin də artımını zəruri etdi.
 
2015-ci ildə baş verən 2 böyük devalvasiyadan sonra kommunal xidmət növlərinin qiymətinə yenidən baxıldı. Əhali qrupuna aid olan istehlakçılar üçün 2016-cı ildə elektrik enerjisinin və suyun qiyməti, 2017-ci ildə qazın qiyməti artırıldı.

Bu artımlardan sonra adambaşına düşən xərclərdə kommunal xidmətlərin alınmasına çəkilən xərcin payı 7,5 faizlik həddi ötdü. 2019-cu ilin məlumatına əsasən əhali adambaşına kommunal xidmətlərə 22,6 manat xərcləyib ki, bu da cəmi istehlak xərclərinin 7,6 faizi qədərindədir.
 
2021-ci ilin fevralın 1-dən suyun qiymətinin 2 dəfə artırılmasından sonra kommunal xidmət xərclərinin payının bir qədər də yüksəlməsini proqnozlaşdırmaq olar. Normativlərə əsasən bir nəfər ay ərzində 5 kubmetr sudan istifadə edir. Su istehlakına uyğun olaraq bir o qədər də çirki su kanalizasiya sisteminə axıdılır. Ümumilikdə bir nəfər ay ərzində 10 kubmetr təmiz və çirkli su istehlak etmiş olur. Əvvəllər bu qədər suyun istifadəsinə görə ayda adambaşına 5 manat ödənilirdisə, fevraldan 10 manat ödəniləcək. Əhalinin su istehlakının sabit qalacağını nəzərə alsaq, suyun və kanalizasiya xidmətinin 2 dəfə bahalaşması hesabına əhalinin adambaşına düşən kommunal xidmət xərcləri ən azı 5 manat artaraq 27,6 manata yüksələcək.
 
Buradakı hesablama 2019-cu ildəki göstərici ilə müqayisədə müəyyənləşdirilib. Proqnozlaşdırmaq olar ki, 2021-ci ildə əhalinin istehlak xərcləri bir qədər də artacaq. Bütün proqnozlar nəzərə alındığında məlum olur ki, 2021-ci ilin sonunda əhalinin kommunal xərclərinin cəmi xərclərdə payı 9 faizə yüksələcək.
 
Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...