Köməyə çağırış: “Şahinə əlil arabasından qalxmağa kömək edək…”

Köməyə çağırış: “Şahinə əlil arabasından qalxmağa kömək edək…”

Bəzən dərd gözlənilmədən gəlir və bütün həyatımızı alt-üst edir.

 

Şahin Süleymanovun 41 yaşı var. 2016-cı ildə bodibildinq məşqi zamanı onurğanın bel hissəsindəki sümük toxumasının zədələnməsi nəticəsində əlil arabasına məhkum olunanadək aktiv həyat yaşayırdı.

 

Peşəkar idman onun həyatının bir hissəsi, sevimli məşğuliyyəti və həyatının bir hissəsi idi, amma sonunda faciəyə çevrildi.

 

"Bakıdakı bütün klinikalarda olmuşam, müayinələrdən keçib MRT etdirmişəm. Həkimlər əməliyyata ehtiyacım olduğunu desə də, burda heç kəs məni əməliyyat etmək istəmir. Çünki bu çox ağır əməliyyatdır, sinir damarlarım zədələnə bilər.

 

Burdan ümidimi üzəndən sonra xəstəliyimlə bağlı sənədləri İstanbuldakı klinikalardan birinə yolladım, ordan müsbət cavab gəldi, onlar məni əməliyyat etməyə hazırdır. Üstəlik, türkiyəli həkimlər əməliyyatdan sonra yeriyə biləcəyimə zəmanət də verir”,- deyə, Şahin 1 1news.az.-ın əməkdaşı ilə söhbətdəbildirib.

 

Əməliyyatın qiyməti 17 min manatdır. Amma zədə aldığı andan iş qabiliyyətini itirən əlil üçün bu məbləğ əlçatmazdır.”


Bütün ümidini türkiyəli həkimlərə vən vətəndəki xeyirxah soydaşlarına bağlayan Şahin Süleymanov fikrinin davamında bunları söyləyib:


"Mühafizəçi işləyirdim, özümü təmin edə bilirdim. Son illərdə isə əlillik müavinatı ilə yaşamağa məcburam. Ailəm yoxdur, anamla qardaşım dünyadan köçüb, tək yaşayıram. Şükür Tanrıya, əlil arabasına məhkum olunsam da, heç olmasa, özümə qulluq etməyi öyrənmişəm. Ayağa qalxıb əvvəlki həyatıma qayıtmaq ən böyük arzumdur”.

 

Biz bütün xeyirxah, mərhəmətli insanları Şahinə imkanları çatan qədər maddi yardım etməyə çağırırıq.











 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...