No Image

Köməyə çağırış: “Şahinə əlil arabasından qalxmağa kömək edək…”

Köməyə çağırış: “Şahinə əlil arabasından qalxmağa kömək edək…”

Bəzən dərd gözlənilmədən gəlir və bütün həyatımızı alt-üst edir.

 

Şahin Süleymanovun 41 yaşı var. 2016-cı ildə bodibildinq məşqi zamanı onurğanın bel hissəsindəki sümük toxumasının zədələnməsi nəticəsində əlil arabasına məhkum olunanadək aktiv həyat yaşayırdı.

 

Peşəkar idman onun həyatının bir hissəsi, sevimli məşğuliyyəti və həyatının bir hissəsi idi, amma sonunda faciəyə çevrildi.

 

"Bakıdakı bütün klinikalarda olmuşam, müayinələrdən keçib MRT etdirmişəm. Həkimlər əməliyyata ehtiyacım olduğunu desə də, burda heç kəs məni əməliyyat etmək istəmir. Çünki bu çox ağır əməliyyatdır, sinir damarlarım zədələnə bilər.

 

Burdan ümidimi üzəndən sonra xəstəliyimlə bağlı sənədləri İstanbuldakı klinikalardan birinə yolladım, ordan müsbət cavab gəldi, onlar məni əməliyyat etməyə hazırdır. Üstəlik, türkiyəli həkimlər əməliyyatdan sonra yeriyə biləcəyimə zəmanət də verir”,- deyə, Şahin 1 1news.az.-ın əməkdaşı ilə söhbətdəbildirib.

 

Əməliyyatın qiyməti 17 min manatdır. Amma zədə aldığı andan iş qabiliyyətini itirən əlil üçün bu məbləğ əlçatmazdır.”


Bütün ümidini türkiyəli həkimlərə vən vətəndəki xeyirxah soydaşlarına bağlayan Şahin Süleymanov fikrinin davamında bunları söyləyib:


"Mühafizəçi işləyirdim, özümü təmin edə bilirdim. Son illərdə isə əlillik müavinatı ilə yaşamağa məcburam. Ailəm yoxdur, anamla qardaşım dünyadan köçüb, tək yaşayıram. Şükür Tanrıya, əlil arabasına məhkum olunsam da, heç olmasa, özümə qulluq etməyi öyrənmişəm. Ayağa qalxıb əvvəlki həyatıma qayıtmaq ən böyük arzumdur”.

 

Biz bütün xeyirxah, mərhəmətli insanları Şahinə imkanları çatan qədər maddi yardım etməyə çağırırıq.











 

Selcan

Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Xərcləyəcəyimiz vəsitin iki qatını götürəcəyik” – Ekspert gözlənilən müharibənin xərcləri haqda

Xüsusilə son günlər Ermənistanla müharibənin başlayacağı haqda fikirlərə həm mediada, həm də sosial şəbəkələrdə tez-tez rast gəlirik. Maraqlıdır, Azərbay...

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı - Siyahıda Azərbaycan yoxdur

  Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb. Sfera.az bildirir ki, ötən ilin statistikasına görə rus qadınlar ən çox tür...

“Məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi”

  "Azərbaycan ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb".  Sfera.az  xəbər verir ki, bu sözləri Prezidentinin k...

Azərbaycanda toyların bərpası dəqiqləşdi - AÇIQLAMA

  Toylar oktyabr ayından bərpa edilə bilər. Sfera.az  xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünva...

Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

  "Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya...

Sabah hava necə olacaq ?

  Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a  verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşer...