Kombi istilik sisteminin beyinə, başa, bədənə ZƏRƏRLƏRİ

Kombi istilik sisteminin beyinə, başa, bədənə ZƏRƏRLƏRİ
Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərində (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Sfera.az bildirir ki, orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qripp xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır.
2. Döşəmələri hər gün nəm əski ilə silin.
3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.
4. Müasir nəmləndirici apparatlar da bu işdə sizə kömək edə bilər. (publika.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hacıbala Abutalıbovun 29 il öncəki mitinqdə çıxışı yayıldı - VİDEO

Sosial şəbəkələrdə Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb.   Sfera.az xəbər verir ki, görüntülər 1992-ci ilin aprel ayında çəkilib.   Hacıb...

"Cavan oğlana oxşayır" - Vahid Əhmədovun 85 yaşlı kişi ilə zarafatı - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində olublar. ...

25-ci əsrdən gəldiyini iddia edən şəxsdən qorxulu İDDİA: Dekabr ayının 25-də - FOTO

Sosial mediada "Thatonetimetraveler” adı ilə məşhurlaşan şəxs iddiaları ilə gündəmə gəlib. Sfera.az xəbər verir ki, o, 2485-ci ildən gəldiyini irəli sürür...

Kişilər hansı qadınları əsla TƏRK ETMİR? - Məşuqə, dost, yoxsa...

Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını! Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan ...

Həftənin ulduz falı – Hansı bürcü nə gözləyir?

Günəş enerjisinin aktiv olduğu bir həftədəyik. Həftənin başlanğıcında, xüsusən bazar ertəsi yaşadıqlarınızı qeyd edin çünki bu hadisələr gələcək 6 ayda başını...

İnsanlar falçıların, cadugərlərin toruna necə düşür? – Açıqlama

Cəmiyyətin əsas bəlalarından biri də özünü falçı adlandıranların toruna düşən şəxslərdir. Xüsusilə xanımlar arasında falçıların yanına gedən, bu kimi insanlar...