Kolleclərə qəbulun nəticələri AÇIQLANDI

Kolleclərə qəbulun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən  internet səhifəsində yerləşdirib.

DİM-dən Sfera.az-a  verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz 4166 4019 112 4131 99.16
Dövlət ödənişli 4983 4804 87 4891 98.15
Özəl 300 280 20 300 100.00
Cəmi 9449 9103 219 9322 98.66

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 8054 7900 154 8054 100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1395 1203 65 1268 90.90
Cəmi 9449 9103 219 9322 98.66

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada –  portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr...

Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu...

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR

"İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziya...

Bu Təhsil Şöbəsinə yeni rəhbər təyin olundu

Ağsu Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin olunub. Sfera.az xəbər verir ki, bu vəzifəyə Əlimirzə Dəmir oğlu Məmmədov təyinat alıb. Qeyd edək ki, Ə...

Kənd məktəbi koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib. Sfera.az-...

DİM bu həftə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi oktyabr 24-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifəl...