Kolleclərə də sənəd qəbulu başlayır

Kolleclərə də sənəd qəbulu başlayır
 

Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə də sənəd qəbulu başlayır.

Sfera.az xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.


OXŞAR XƏBƏRLƏR