Köhnə iqtisadi rayonlarla bağlı suallar qəbul imtahanlarından ÇIXARILDI

Köhnə iqtisadi rayonlarla bağlı suallar qəbul imtahanlarından ÇIXARILDI
Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

DİM-dən Sfera.az-a bildirilib ki, iqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Məlumat üçün bildiririk ki, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü aşağıdakı kimidir:

1.1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3. Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7. Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9. Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12. Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).


OXŞAR XƏBƏRLƏR

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...