Köçkünlərimizin Qarabağa qayıdışına nə vaxt start veriləcək? - AÇIQLAMA

Köçkünlərimizin Qarabağa qayıdışına nə vaxt start veriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyev dünən dedi ki, qaçqın və məcburi köçkünlərimiz özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər.

Bəs vaxt cədvəlinin hazırlanması işləri necə gedir? Qayıdış prosesi necə olacaq? 

Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədov Sfera.az-a açıqlamasında bildirdi ki, qayıdış üçün ilk növbədə həmin ərazilərdə müəyyən şərtlər öz həllini tapmalıdır: 

"İlk növbədə həmin yerlərin təhlükəsizliyi təmin edilməlidir.  30 ilə yaxın həmin ərazilərimizi işğalda saxlayan düşmənin orada hansı tələlər qurduğu, bəlalar yaratdığı aşkarlanmalı və aradan qaldırılmalıdır.  Su hövzəsi, torpaq yoxlanılmalıdır. Ardınca ərazidə infrastrukturun qurulmasına başlanılacaq.  Qaz, işıq, su, telefon rabitəsi təmin olunacaq. Həmin rayonların hüquq-mühafizə orqanları və başqa qurumlar fəaliyətə başlayacaq”.

Deputat qeyd etdi ki,  qayıdış prosesi planlı, ardıcıllıqla həyata keçəcək:

"Prezidentin nəzarəti altında dövlət komisiyası bu işi tənzimləyəcək. Məsələ barədə artıq Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəyə müəyyən tapşırıqlar verilib, proqramlar hazırlanıb. Qayıdış bir-beş günün içində baş verəcək proses deyil”.

E. Məmmədov bildirdi ki, prosesin nə vaxt başlanılacağı görülən işlərin sürətindən asılı olacaq: 

"Hələlik hansı ərazilərin əvvələ, hansıların isə sonraya salınacağı də bəlli deyil. Yəni proses müəyyən vaxt tələb edir. Ancaq ən qısa müddətdə bu işə başlamağa çalışırıq.  Qayıdış prosesi maksimum qaydada tezləşdiriləcək. Prezident Füzulinin Əhmədbəyli qəsəbəsindən Şuşaya 101 km-lik yol çəkiləcəyini bəyan etdi. Bunun üçün də 1 il vaxt verilib”.

Elçin 
Sfera.az


OXŞAR XƏBƏRLƏR