Köçəryanı diriltmək cəhdləri fayda verəcəkmi? – “Bu yaramazı hakimiyyətə gətirmək istəyirlər”
10:46 / 07.04.2021
752
"Pozner sözün hər mənasında atasının oğludur və
nə qədər sərbəst, yaradıcı adam rolu oynamağa çalışsa da, onun kimi həmişə
tapşırıqla durub-oturub. Bir neçə gün öncə Gürcüstandan qovulan bu qoca
hoqqabazın Köçəryanla müsahibəsi də qətiyyən öz təşəbbüsü deyil, onları
bir-birinə calaşdıran var”.
Sfera.az-ın məlumatına görə, bunu Milli Məclisin
deputatı Sahib Alıyev deyib. Millət vəkilinin sözlərinə görə, Poznerə Köçəryandan müsahibə aldıranların yayda Ermənistanda
keçiriləcək parlament seçkisində məhz onun qələbə çalmasından yana olduğu hiss
olunur:
"Planlarını realaşdırmaq üçün texnoloji fəndlərə
də əl atmaqla artıq hərəkətə keçiblər. Bu isə o deməkdir ki, Rusiyadakı bəlli çevrələr Ermənistanla Azərbaycan
arasında düşmənçiliyin tam ortadan qalxmasını, iki qonşu xalqın qarşıqlıqlı
faydalı əməkdaşlığa dayanan əlaqələr qurmasını, dayanıqlı sülh içində
yaşamasını istəmirlər. İstəsə idilər, Xocalı soyqırımını törədən, əli azərbaycanlıların
qanına batan, bu regionda düşmənçilik
toxumu səpən yaramazlardan birini yenidən Ermənistanın başına gətirməyə çalışmazdılar”.
Deputat qeyd edib ki, Köçəryanın Ermənistanda
yenidən hakimiyyətə gətirilməsi cəhdi Azərbaycan-Rusiya əlaqələrinə də təsirsiz
ötüşməyəcək:
"Haylara gəldikdə, əgər onlardan kimsə Köçəryanın
hakimiyyətə gəlməsiylə Qarabağda yenidən at oynadacaqlarını düşünürsə, kökündən
yanılır. Ötən əsrin 80-90-cı illərində meydana buraxılan Köçəryanın Azərbaycanın
yaratdığı yeni reallığa təsiri Şuşaya atılan elə həmən 80-90-cı illərdən qalma
"İsgəndər-M" raketlərinin təsirindən o yana getməyəcək”.
Qeyd edək ki, Köçəryan ötən gün Gürcüstana səfər
etməsi ilə böyük qalmaqala səbəb olan telejurnalist Vladimir Poznerin müəllif
verilişində qonaq olub. Eks-prezident aparıcının suallarını Moskvada olarkən
cavablandırıb.
Günay Rəsulqızı