Köçəryan üçüncü Qarabağ müharibəsinin anonsunu verdi – “Paşinyanın devrildiyi günün sabahı...”

Köçəryan üçüncü Qarabağ müharibəsinin anonsunu verdi – “Paşinyanın devrildiyi günün sabahı...”
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Üçüncü Qarabağ savaşının başvermə ehtimalından danışıb.

Sfera.az-ın məlumatına görə, politoloq Köçəryanın rusiyalı jurnalist Vladimir Poznerə verdiyi ötəngünkü müsahibəsinə istinad edib. Belə ki, Ə.Əlibəylinin fikrincə, Köçəryan əsasən Putinin İkinci Qarabağ Müharibəsində oynadığı rola işıq salıb.

STM-in rəsmisi həmçinin müsahibədən irəli gələn nəticələrdən də söz açıb. O bildirib ki, bunlardan biri "müharibəni Rusiya yox, Ermənistan uduzub” fikrini tirajlamaqdır:

"Digər nəticələr belədir:

- İndiki hakimiyyətdən Rusiya narazıdır.

- Revanş indi mümkün deyil, amma mümkündür.

- Rusiya istəsə, üçüncü savaş olacaq. Çünki indiki status "ədalətsiz"dir.

- Nikol Paşinyan Azərbaycan üçün ən ideal tərəfdaşdır.

- Revanşistlər həmişə hakimiyyətə gəlmək imkanına malikdir və potensial təhlükələri Köçəryan da qeyd edir.

- Mütləq bir müharibəyə ehtiyac olduğunu deyir, bu, Nikol devrilən günün sabahısından başlaya bilər.

- Müharibəni Moskva istəyir? -  Ən azından Koçaryan onun imicini xilas etməyə çalışır.

Politoloqun sözlərinə görə, Robert Köçəryan, həmçinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...