Köçəryan seçkilərdə qalib gələ bilərmi? – Ekspert şərhi

Köçəryan seçkilərdə qalib gələ bilərmi? – Ekspert şərhi
"Ermənistan ictimai rəyində Köçəryanın qayıtmasına mənfi münasibət var. Çünki, Köçəryanla bağlı xoş olmayan xatirələr yaddaşlardan silinməyib. Bu faktor isə onun və komandasının seçkilərdəki uğur qazanmaq ehtimalını zəiflədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın erkən parlament seçkilərində iştirak edəcəyi təqdirdə onun təmsil etdiyi komandanın şanslarını dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib:

"Hazırda Ermənistanda siyasi apatiya hökm sürür. Artıq insanlar həm köhnə, həm də mövcud hakimiyyətdən narazıdır. Çıxış yolları da yoxdur.  Hakimiyyətə kim gəlirsə-gəlsin, ya indikinin, ya da köhnələrin nümayəndələri olmalıdır”. 
 
İ. Vəlizadənin fikrincə, manipulyasiya yolu, pulla ələ almaqla Köçəryan və komandası deputat mandatı əldə edə bilərlər:
 
"Belə hallarda manipulyasiya imkanları çoxalır. Köhnə komanda nümayəndələri sadəcə olaraq, seçiciləri pulla ələ ala bilərlər. Çünki onların arxasında böyük maliyyə vəsaitləri var. Seçicilər də başa düşür ki, istər Paşinyan qalsın, istər Köçəryan gəlsin, onsuz da heç nə dəyişməyəcək. Heç olmasa pul qazana bilərlər”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR