No Image
No Image

Köçəryan: Qarabağda yeni savaş ola bilər

Köçəryan: Qarabağda yeni savaş ola bilər
Serj Sərkisyanla əməkdaşlıq barədə danışıqlar olmayıb.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, Respublikaçılar Partiyasının bu aksiyada müxalifət hərəkatının bir hissəsi kimi çıxış etdiyini bildirib.

Köçəryan, həmçinin Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın günahkar olmasıyla bağlı suala cavab verməkdən yayınıb:

"Bu proseslərə gətirib çıxaran (2018-ci ilə) problemlər olub. Lakin aydındır ki, burada texnologiyalar tətbiq edilib, aktiv şəkildə erməni olmayan qüvvələrin xarici müdaxiləsi olub".

O, generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib:

"Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb".

Köçəryan buna nümunə kimi Cənubi Koreya və Misiri göstərib. Bununla belə o, sözlərinin hansısa tərəfə yozulmamasını tələb edib.

Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib:

"Minsk Qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir".

Köçəryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib. (Axar.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident Rusiyadan Ermənistana silah qaçaqmalçılığından danışdı

"Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır". ...

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Sfera.az müsahibəni təqdim edir. Müxbir: ...

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb. Sfera.az xəbər ve...

Türkiyə XİN-ə yeni rəhbər təyin edildi

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Türkiyənin XİN-in İnformasiya Baş İdarəsindən Sfera.az-a verilən mə...

Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olundu - FOTO

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Milli Məclisin Mətbuat və ictima...

Prezidentin Hacıqabul səfərindən FOTOLAR - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib. Sfera.az xəbər verir ki, dövlət başçısı ümummilli lider ...