Köçəryan ildönüm hazırlıqlarına başlayıb: \"Hayastan\" blokunun GİZLİ PLANı nəyə hesablanıb?

Köçəryan ildönüm hazırlıqlarına başlayıb: \
Bir sıra erməni media qurumları Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 44 günlük müharibənin ildönümünə hazırlaşdığını yazır. Fikirlər belədir ki, müharibənin ildönümü münasibətilə "Hayastan” bloku oktyabrın 27-dən noyabrın 9-dək üç tematik forum keçirməyi planlaşdırır və bu gizli saxlanılır ki, Baş nazir Nikol Paşinyanın qarşısını alma ehtimalı olmasın. 

Bununla bağlı politoloq Samir Hümbətov Sfera.az-a açıqlamasında qeyd edib ki, Robert Köçəryanın bundan sonrakı dövrdə ciddi uğur əldə edəcəyi gözlənilən deyil:

"Ermənistanda iyulda keçirilən parlament seçkiləri hər şeyi ortaya qoydu və Köçəryanın yalnız 20 faiz civarında səs toplaması, bunun əsasən güc strukturlarında Rusiya ilə bağlı qüvvələrin əli ilə həyata keçirilməsi Qarabağ klanının ciddi nüfuzunun qalmadığını göstərdi. Digər tərəfdən Nikol Paşinyan yavaş-yavaş ölkəni toparlamağa başlayıb və demək olar ki, hakimiyyətdə möhkəmlənməyə doğru gedir. Əgər fikir versəniz, son dövrlər Ermənistanda mitinqlərin keçirilməsi, hansısa çıxışların, etiraz aksiyalarının olması o qədər də gözə çarpmır. Belə olduğu halda, yerli əhalinin də Paşinyanın atdığı addımlardan hardasa razı olduğunu demək olar”.

Müsahibimizin sözlərinə görə, maraqlı nüans odur ki, Köçəryan 2008-ci il mart hadisələrində Ermənistanda yerli əhaliyə silah işlədən biri kimi yadda qalıb:

"Artıq xalqda eks-perzidentə inam hissi qalmayıb. Ona görə də onlar pis və ən pis arasında seçim edəndə, pisi seçməyə üstünlük verirlər, atdıqları addımları da buna uyğun müəyyən edirlər. Hesab edirəm ki, Köçəryanın hakimiyyətə təsir edəcək hansısa ciddi bir planının baş tutması real görünmür. Ola bilsin ki, kiçik miqyaslı etiraz aksiyaları keçirilsin, yaxud konfrans, piket təşkil edilsin. Amma böyük izdihamlı, 10, 20 minlik mitinqlərin keçirilməsi nə real görünür, nə də hökumət buna izin verər. Bu məsələ erməni mediasında yayılıbsa, deməli hökumət daxilində də məlumatlar var və "Hayastan” bloku  ciddi tədbir planlaşdırdığı kimi, hökumət də bunun qarşısını almağı planlaşdırır. Fikrimcə, Köçəryanın atacağı addımla nəticə əldə olunmayacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...