Koçaryan Paşinyanı və Ermənistanı məhkəməyə verdi

Koçaryan Paşinyanı və Ermənistanı məhkəməyə verdi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana və Ermənistan Respublikasına qarşı məhkəmə iddiası qaldırıb.

İddiada Robert Koçaryanın ədalətli məhkəmə mühakiməsi hüququnun pozulduğu bildirilir. Koçaryan habelə bu hüququnun pozulması nəticəsində ona dəymiş "qeyri-maddi” ziyanın ödənilməsini, ona qarşı söylənmiş böhtanların təkzib olunmasını tələb edir.

Koçaryanın nümayəndəsi Ayk Alumyan Azatutyuna deyib ki, məhkəmə iddiasının qaldırılmasına səbəb bu ilin 1 martında baş nazir Nikol Paşinyanın mitinqdə etdiyi çıxışda keçmiş prezidentə qara yaxan bəyanatlar verməsi və bu zaman təqsirsizlik prezumpsiyasına məhəl qoymamasıdır. "Bu uzun çıxışda deyilirdi ki, 2008-ci il martın 1-də hakimiyyət adamlara qarşı onlara atəş açılması üçün tanklar göndərib. Bundan başqa Koçaryan barəsində bu iddiadan doğan müxtəlif fikirlər səsləndirilib. O (Paşinyan – red) həm də deyib ki, məhkəmə prosesi buna görə uzanır, çünki hələ hər şey aydınlaşdırılmayıb”.

Paşinyan bunu da iddia etmişdi ki, keçmiş prezident və onun vəkilləri məhkəməni Koçaryanın hakimiyyəti bir daha qəsb edə bilməsi üçün uzatmağa çalışırlar. "Bu adamlar 2008-ci ildə hakimiyyətdə olanda ordunu xalqa qarşı çıxartmışdılar ki, xalq öz iradəsini icra edə bilməsin. Mənim nəzərimcə "1 mart işi” açılıb. Amma qatillərin adları açıqlanmayıb, çünki istintaq orqanları sübutları saxtalaşdırıblar. Bu adamlar bugün də ordunu xalqın üstünə qaldırmaq istəyirlər”.

Azatutyunun niyə həm də Ermənistan Respublikasına qarşı iddia qaldırılıb sualına cavabında Alumyan deyib ki, indiyədək və hazırda baş nazir olan Paşinyanın həmin çıxışı və bəyanatları hökumətin və baş nazirin rəsmi saytlarında dərc olıunub. Məhkəmə iddiasında qarşı tərəfin 4 milyon dram (7.5 min dollar) təzminat ödəməsi tələb edilir.

Azatutyun yazır ki, bu, Robert Koçaryanın baş nazirə qarşı üçüncü məhkəmə iddiasıdır. Ayk Alumyan deyib ki, cavabdeh tərəf birinci iddiaya uyğun olaraq təkzib verib. Onun sözlərinə görə, hazırda ikinci iddia məhkəmədədir və üçüncü iddia icraata götürülüb. Alumyan bildirib ki, bütün məhkəmə iddiaları Koçaryana qarşı böhtan barədədir.   

Yenisabah.az


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...