Kobe Bryantın geyindiyi \"Qalatasaray\" forması rekord qiymətə satışa çıxarıldı - FOTO

Kobe Bryantın geyindiyi \
Əfsanəvi basketbolçu, helikopter qəzasında dünyasını dəyişən Kobe Bryantın forması ev qiymətinə satışa çıxarılıb.
 
Sfera.az bildirir ki, idmançının 2011-ci ildə "Qalatasaray"ı ziyarət edərkən məşqlərdə geydiyi forma satış elanlarında 1 milyon 200 min lirəyə təqdim edilib.

Elanlarda "Fənərbağça"nın 100-cü ilində Roberto Karlosun geydiyi və o zaman digər futbolçuların da imzaladığı forma qiyməti ilə ikinci sırada yer alıb. Eyni zamanda Alex De Souza, Can Arat, Deniz Barış, Kemal Aslan, Mehmet Aurelio, Roberto Carlos, Semih Şentürk, Serdar Kulbilge, Appiah, Tümer Metin və Volkan Demirel imzası yer alan formalara 1 milyon lirə müəyyən edilib.
 
Elanda ən bahalı üçüncü forma isə 600 min lirəyə satışa çıxarılıb. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR