Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO

Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO

Könül Nurullayeva Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində ağsaqqal və dindarlarla görüş keçirib.

Dəyərli seçicilər!

Əziz dostlar!

 

Bu günlərdə 24 saylı Nizami seçki dairəsindən parlament seçkilərində namizədliyini irəli sürən K. Nurullayeva seçki qərargahının üzvləri ilə Keşlə kəndində yerləşən 400 yaşı olan Şah Abbas məscidini ziyarət edib. Məqsəd hər bir nəcib işə başlayarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq kimi vacib məqam olub.

Bilirsiniz ki, son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, hörmətli Rövnəq Abdullayev olub. Onun millət vəkili kimi bu dairədə gördüyü işlərin miqyası kifayət qədər geniş olub və yüksək keyfiyyəti ilə seçilib. Rövnəq bəy həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, həm də Azərbaycan Cüdo Federasiyasına rəhbərlik edir, bundan başqa, ölkəmizin ev sahibliyi etdiyi bir neçə irimiqyaslı idman yarışının Təşkilat Komitəsində təmsil olunub. Azərbaycan üçün vacib olan bu idman layihələrinin bir çoxunda Könül Nurullayeva və Rövnəq Abdullayev birgə fəaliyyət göstəriblər. Məhz bu səbəbdən təşviqat kampaniyasına başlayarkən Rövnəq müəllimin də dəstəyini almaq K. Nurullayeva üçün əsas şərtlərdən olub. O Rövnəq bəyə şəxsən Şah Abbas məscidini birgə ziyarət etmək və kənd ağsaqqalları ilə görüşmək təklifi ilə müraciət edib. Rövnəq Abdullayev təklifi qəbul etdiyi üçün Könül Nurullayeva ona öz təşəkkürünü bildirib.

Keşlə qəsəbəsində çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasətdən söz açılıb, həyata keçirilən böyük işlərdən və tarixi islahatlardan danışılıb. Sonra qəsəbə sakinləri ilə danışıqlar aparılıb, onları narahat edən məsələlər, problemlər müzakirə olunub. Könül Nurullayeva sakinlərin qaldırdığı bütün məsələləri daim diqqətdə saxlayacağına söz verib.

Qeyd edək ki, Könül Nurullayevanın seçiciləri ilə görüşləri davamlı olacaq və bu görüşlər seçki dairəsinin bütün məntəqələrini əhatə edəcək.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...