Kiyevdən konsulluğumuzun atəşə tutulması ilə bağlı açıqlama

Kiyevdən konsulluğumuzun atəşə tutulması ilə bağlı açıqlama
Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar.

Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02.30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

OXŞAR XƏBƏRLƏR