Kiyevdə azərbaycanlılar biznesmeni güllələdi

Kiyevdə azərbaycanlılar biznesmeni güllələdi
Kiyev polisi aprelin 9-da şəhərin Kaxovsk küçəsində travmatik tapançadan biznesmenə atəş açan beş əcnəbini yaxalayıb.

Bu haqda məlumatı Kiyev prokurorluğu yayıb. Bildirilir ki, saxlanılan şəxslərdən dördü Azərbaycan, biri isə Gürcüstan vətəndaşıdır.

Onlar hadisə yerindən qaçdıqları avtomobildə saxlanılıblar.

Saxlanılan şəxslərə qarşı əvvəlcədən bir qrup şəxslə əlbir olaraq xuliqanlıq etmə maddəsi ilə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR