KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu – Müsbət yeniliklər var

KİVDF-nin yeni sədri jurnalistlərin üçüncü binasında oldu – Müsbət yeniliklər var
 2017-ci ildə təməli qoyulan jurnalistlər üçün üçüncü yaşayış binasının tikintisi başa çatdırılır.

Sabah.az-ın əldə etdiyi məlumata görə, artıq binada son tamamlanma işləri görülməkdədir. Aprelin 4-də Prezident İlham Əliyevin sərəncamı ilə  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni icraçı direktoru təyin edilən Əhməd İsmayılov bir neçə gün öncə binaya gəlib. Yeni sədr əraziyə baxış keçirərək, binanın tikinti işlərinin gedişi ilə yaxından tanış olub, prosesin daha da sürətləndirilməsi üçün öz müvafiq tapşırıqlarını verib. Artıq yaxın günlərdə binanın həyətinin asfaltlanma işinin başlayacağı bildirilir.

 

Qeyd edək ki, bu, jurnalistlər üçün inşa edilən sayca 3-cü binadır. 17 mərtəbəli, 3 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Binanın 22 iyul – Milli Mətbuat Günündə  jurnalistlərin istifadəsinə veriləcəyi gözlənilir. Bəzi mətbu orqanlarda mənzillərin jurnalistlərə müəyyən müddət aralığında hissə-hissə veriləcəyi haqda xəbərlər çıxsa da, bunun real olmadığı, bütün mənzillərin 22 iyulda jurnalistlərə təhvil veriləcəyi qeyd olunur.

Eyni zamanda jurnalistlər binasında sakinləri narahat edən məsələlərin həlli üçün də işlərə start verilib. Yaxın müddətdə binada market və aptekin fəaliyyətə başlayacağı, Bakı şəhəri üçün xeyli baha hesab olunan, hər kvadrat metr sahə üçün 50 qəpik olaraq müəyyənləşdirilmiş xidmət haqqının yarıbayarı endiriləcəyi və digər narahatlıq doğuran məqamların aradan qaldırılacağı bildirilir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...