KİV: \"Ukrayna ABŞ-dan hərbi kömək istəyib\"

KİV: \
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Müdafiə Nazirliyinə (Pentaqon) hərbi yardım üçün müraciət edib.

Sfera.az xəbər verir ki, bunu "Foreign Policy" jurnalı Ukraynanın hərbi rəsmisinə istinadən yazıb.

Nazir həmçinin "Taliban"ın hakimiyyəti ələ keçirilməsindən öncə Əfqanıstan üçün nəzərdə tutulan silahların Ukraynaya verilməsini xahiş edib.

Adı açıqlanmayan məmurun sözlərinə görə, söhbət bombardmanlar və elektromaqnit hücumlarından qoruyan hava, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin təmin ediməsindən gedir. Bundan əlavə, Ukrayna ABŞ-dan Mİ-17 helikopterləri almaq istəyir.

Bildirilib ki, rəsmi Vaşinqton Ukraynanın yardım müraciətini, o cümlədən Rusiyanın mümkün hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. Eyni zamanda Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qiymətləndirmək məqsədilə Ukraynaya Pentaqonun rəsmiləri göndərilib.

Qeyd edək ki, bundan əvvəl "Washington Post” qəzeti Rusiya ilə Ukrayna arasındakı sərhədə hərbi birləşmələrin yerləşdirilməsi barədə material yaymışdı. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov isə "Military Times” qəzetinə müsahibəsində sərhədə 92 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin kəskinləşəcəyini söyləmişdi.

Bu yaxınlarda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 115 min hərbçi yerləşdirdiyini açıqlamışdı.

Ukrayna Prezidenti Vladimir Zelenski də noyabrın 26-da keçirdiyi mətbuat konfransında eskalasiyanın hər an baş verməsinin mümkünlüyünü bildirmişdi.

Rusiya tərəfi isə bütün iddiaları rədd edir.

OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...