"Kişi birbaşa maaşını qadına verməlidir” - Deputatın təklifinə REAKSİYALAR

"Kişi qadına pul ödəməməlidir. Kişi birbaşa maaşını ya kartını qadına verməlidir”.
 
Bunu Sfera.az-a açıqlamasında psixoloq Samirə Bağırova deputat Musa Quliyevin "Kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidir” təklifinə münasibət bildirərkən deyib.

Müsahibimizin sözlərinə görə, evin xanımı qadındır və  nəyi, necə etməyi daha gözəl bilir:

"Son söz isə  kişiyə aiddir. Kişi bütün günü işində-gücündə, qadın niyə oturub maaş gözləməlidir ərindən? Bu millət vəkilinin təklif etdiyi qadınla xadiməni səhv salmaqdır. Ər-arvad dediyin münasibətdə, əgər kişi ev işində yaxud uşağa baxmaqda kömək edirsə, bu, arvad sözü ilə oturub-durmaq deyil, bu ərlik, atalıq borcunu yerinə yetirməkdir. Hə, əgər xanımını artıq işlə yükləmək istəmirsə, ayrıca xanımı üçün xadimə tutsun, pulu da bütövlükdə versin. Xanımı çox gözəl şəkildə hər şeyi idarə edəcək, təbii ki, əgər xanım gözündə görürsə. Kişiyə pul lazım olanda qadınından istəməlidir, onsuz da bütün günü işində-gücündə olur. Əlbəttə ki, qadınına güvənirsə”.

Sosioloq Lalə Mehralı isə saytımıza açıqlamasında deyib ki, ailə içində pulla ev işi görmək məsələsi çox absurd məsələdir:

"Qadın evinin işini görürsə, bunu məcburiyyətdən yox, istəyərək, sevərək edir. Eləcə də öz həyat yoldaşının işlərinə kömək edən kişi onsuz da edəcək. Pul məsələsini gündəmə gətirməklə kişilər daha çox məsuliyyəti qadınların boyununa yıxa bilər. Məsələn, deyər ki, pulunu vermişəm, etməlisən. Kobud dillə ifadə etsək, kişilərin ayağı yer alacaq. Olmazdımı ki, "Ev işlərini bölüşdürün, əziz kişilər” təklifi ilə çıxış etsinlər. Tutaq ki, pəncərə silmək qadın işi olmamalıdır – yüksəklik məsələsi var, həyəcanlı işdir. Yaxud tavanı silmək, pərdə asmaq və.s kimi şeylər qadın işi olmamalıdır, əziz kişilər, bunu siz edin, xanımınıza nisbətən incə iş saxlayın. Belə şeylər təklik etmək olardı. Amma ev işini öz xanımına pulla gördürmək mənim düşüncəmə görə, absuddur. 
Musa Quliyevə böyük hörmətim var, belə açıqlama verdiyinə inanmaq istəmədim. Cəmiyyətimizdə öz qadınına pulla iş gördürən kişi obrazını görmək istəməzdim. Eləcə də ev işlərini görüb bunun müqabilində kişidən pul tələb edən qadını da. Ailədə hər şey uzlaşma yolu ilə olmalıdır, hər şey bölüşülməli, razılıq əsasında qəbul edilməlidir. Onda kişinin pulu olmayan zaman qadın yemək bişirməsin ki, bu aylıq məvacibini ödəməmisən. Ya da çirkli yataq dəstində yatmalısan, bu aylıq ödənişin gecikib. Məntiqsizdir”.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda sözügedən təkliflə çıxış edib. O, "Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır”, deyə bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...