Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır – Azay Quliyev

Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır – Azay Quliyev
 Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsində bəzi şərtlər və prosedur qaydalar çoxlu sayda vətəndaşın bu imkandan yararlanmasında ciddi problemlər yaradır.

Bunu  Milli Məclisin yaz sesiyasının bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, şərtlərə əsasən kirayə mənzil əldə etmək istəyən şəxsin bank öhdəliyi olmamalıdır, yəni, deyək ki, adamın 500 manatlıq krediti var və o buna görə kirayə mənzili üçün müraciət edə bilməz. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, o bankdan götürdüyü məbləğindən asılı olmayan hər hansı bir kreditə görə kirayə mənzil əldə etmək hüququndan məhrum olmamlıdır:

"Mən hesab edirəm ki, bu çox ağır şərtdir və bu şərti aradan qaldırmaq lazımdır.  Çünki, söhbət aztəminatlı ailələrdən gedirsə, onların  çoxunda bu və ya digər formada bank öhdəliyi vardır. Əgər bu tələb mənzilin kirayə haqqının ödənilməsində mümkün problemləri və ya riskləri önləmək məqsədi daşıyırsa, onsuzda digər şərtlər bu məsələni tənzimləyir, yəni ödəniş olmadığı təqdirdə müvafiq qaydalar işə düşür və hətta vətəndaşın mənzilə olan mülkiyyət hüququ itirilir.

2-ci məhdudiyyət isə kirayə mənzil almaq istəyən şəxsin məhkumluğu olmaması haqqında tələbdir. Bunu ümumiyyətlə anlamaq çətindir.

Bilirsiniz ki, törədilən cinayətin ağırlıq dərəcəsindən asılı olaraq şəxsin məhkumluq müddəti bir ildən 8 ilə qədər müəyyən edilə bilər.  Belə çıxır ki, vətəndaş kirayə mənzil almaq üçün məhkumluğun olması səbəbindən 8 ilə qədər gözləməlidir. Məncə bu tələbə ehtiyac yoxdur.  Çünki bu şəxs nə seçkili orqanlarda iştirak edir, nə də yüksək dövlət vəzifəsinə təyin olunmur ki, onun məhkumluğu  nəzərə alınsın.

Digər tərəfdən şəxsin  sosial problemlərinin həlli yolunda məhkumluğun əsas baryera kimi saxlanılması  Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun ruhuna da tamamilə ziddir.

Əksinə bu cür insanların sosial problemləri daha tez həll olunmalıdır ki, onların təkrar cinayət törətməmələri üçün əlavə stimulları olsun. Ona görə də bu tələbin də şərtlər toplusundan çıxarılmasını vacib hesab edirəm.

Ümid edirəm ki, müvafiq dövlət qurumu bu məsələni nəzərə alacaq”. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...