Kinoteatrlarda yeni qaydalar müəyyənləşdi: 1 Oktyabrdan... - RƏSMİ

Kinoteatrlarda yeni qaydalar müəyyənləşdi: 1 Oktyabrdan... - RƏSMİ
Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.

Sfera.az bildirir ki, trend-in kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və Park Cinema-ın mətbuat katibləri cavablandırıb.

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarımızda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq olacaq. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar:

"Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə, foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.

Bildiyiniz kimi bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də, kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki, ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda mütləq şəkildə COVİD passportlar yoxlanılacaq.

"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev bildirib ki, uzun fasilədən sonra kinoteatrlar fəaliyyətin bərpa edir: "Vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır. Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Biletlərin qiyməti barədə cədvəli bu gün ya sabah saytımızda yerləşdirəcəyik.

COVİD passportlarının yoxlanmasına gəlincə isə, restoran və kafelərdə necə yoxlanılırsa, kinoteatrlarımızda da həmin qaydada yoxlanılacaq. Qonaqlarımızdan bir xahişim odur ki, kinoteatrlarımıza gələrkən COVİD passportla yanaşı öz şəxsiyyət vəsiqələrini də götürsünlər.

Maska taxmaq isə zaldan başqa bütün yerlərdə məcburidir. Zalın içində isə könüllüdür"

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova isə bildirib ki, kinoteatrımıza gələn şəxlərin COVİD pasportu əməkdaşlarımızın telefonlarında olan xüsusi proqram tərəfindən yoxlanılacaq:

"Kassada bilet satışından əvvəl COVİD pasportu yoxlanılacaq. Kinoteatırımızda təlimata əsasən yanaşı oturulmayacaq. Amma bəzi istisnalar var. Elə olur ki, kinoya baxmağa iki və daha artıq insan bir yerdə gəlir.İki nəfərdən artıq olmamaq şərtilə yanbayan bilet satıla bilər. Buna baxmayaraq bizə rəsmi təlimat gəlməyib. Kinoteatr heyəti olaraq fikirləşirik ki, cüt olan tamaşaçıları bir yerdə oturtmaq olar. Çalışacayıq ki, ailəvi gələnlər isə tam yanaşı oturmasınlar. Bir ailədən beş-altı nəfər gəlibsə, çalışacayıq, onlar iki-iki otursun. Təlimata əsasən digər tamaşaçıları təkbətək şahmat üsulu ilə əyləşdirəcəyik. Biz buna tam nəzarət edəcəyik.

Kassada, zalların qarşısında, girişdə maskalar, antidepressantlar yerləşdiriləcək. Hər seansdan sonra zalın havalandırılmasına xüsusi fikir veriləcək."

OXŞAR XƏBƏRLƏR

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...