Kimyaçılar qanvermə aksiyasına qoşulub - VİDEO

Kimyaçılar qanvermə aksiyasına qoşulub - VİDEO
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycandakı irsi qan xəstələrinin, o cümlədən qana ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşulan SOCAR-ın 350 nəfərə yaxın əməkdaşı bu həftə qan verib.

Sfera.az  xəbər verir ki, növbəti qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə şirkətin "Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilib. 

Növbəti günlərdə bu aksiyaya SOCAR-ın digər bölmələrinin əməkçiləri də qoşulacaqlar.

Xatırladaq ki, həftənin əvvəlində şirkətin "Neftqaztikinti” Trestində 100 nəfərə yaxın donor neftçi qan vermişdi. 

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən "Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən bu  təşəbbüsə dəstək verir. 2015-2019-cu illərdə şirkətin bütün idarələrinin iştirak etdiyi aksiyalarda 11 min nəfərdən artıq neftçi donorluq edib. Ötən ilin noyabrından başlamış növbəti qanvermə aksiyasına isə bu günədək 1000-dən çox neftçi qoşulub.


(report)

OXŞAR XƏBƏRLƏR