Kimyaçılar 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstəriblər - VİDEO

Kimyaçılar 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstəriblər - VİDEO

"Azərikimya” İstehsalat Birliyi öz ənənəsinə sadiq qalaraq bu dəfə də aztəminatlı ailələri unutmadı.

"Report” xəbər verir ki, müqəddəs Ramazan ayı boyunca "Azərikimya” tərəfindən ümumilikdə 4 000-dən çox ailəyə yardım sovqatı paylanıb.

Məlumata görə, 15-ə yaxın gündəlik tələbat mallarının daxil olduğu yardım paketi əsasən aztəminatlı ailələr, tənha yaşayan ahıllar, Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ əlilləri və başqa kateqoriyadan olan ehtiyaclı insanlara paylanıb.

Sumqayıt sakinləri koronovirus (COVID 19) pandemiyası günlərində onları unutmayan və daim öz qayğısı ilə əhatə edən ölkə başçısı İlham Əliyevə, SOCAR və "Azərikimya” İB-nin rəhbərliyinə, həmçinin Sumqayıt şəhəri İcra Hakimiyyətinə minnətdarlıq ediblər.

"Azərikimiya” rəsmiləri isə bildirib ki, Prezidentin diqqət və qayğısı nəticəsində minlərlə belə ailəyə yardım paylanıb və ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bundan sonra da aztəminatlı ailələr dövlətimizin dəstəyini hiss edəcək.

Qeyd edək ki, aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. Ölkə başçısının "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın müxtəlif idarə və müəssisələri yaxından iştirak edib. Nizami, Sabunçu, Səbail, Qaradağ, Nərimanov, Xətai, Nəsimi, Suraxanı, Binəqədi, Pirallahı rayonlarında, eləcədə Siyəzən rayonunun kənd və qəsəbələrində müxtəlif yardım kampaniyalarına qoşularaq, ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...