“Kimlərinsə hesabına özlərini adam sayırlar...” - Tanınmış aparıcı Xoşqədəmdən yazdı

“Kimlərinsə hesabına özlərini adam sayırlar...” - Tanınmış aparıcı Xoşqədəmdən yazdı

Aparıcı, prodüsser Tarix Əliyev (Tolik) sosial şəbəkədə həmkarı Xoşqədəm Hidayətqızı ilə görüntülərini paylaşıb. 

Sfera.az xəbər verir ki, o, aparıcını tərif yağışına tutub: 

"Allah sənə can sağlığı versin, Xoşqədəm Baxşəliyeva, sən bu dərdləri çəkməklə neçə-neçə ailələrə kömək olursan. Bəzi ifritələr qurban olsun sənin dırnağına. Bu ölkəyə, xalqına zərrə qədər də xeyirləri yoxdur, kimlərinsə hesabına özlərini adam sayırlar, amma qaliblər heç vaxt müzakirə olunmur. Sən həmişəki  kimi qalibsən, sözünü də  demisən, yerində də kimi lazımdır otuzdurmusan! Çünki sən ara adamı yox, Xoşqədəmsən!!!”

X.Hidayətqızından da paylaşıma reaksiya gecikməyib. O, şərh yazaraq Tolikə təşəkkür edib:

"Canım Tolik, sən hər zaman yanımda olmusan, lazım olanda əvəzimə cavab vermisən, sən ürəksən, cansan. Allah səni şərdən, pis insanlardan qorusun”. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR