Kimlərin koronavirusa yoluxma ehtimalı yüksəkdir? - “E-Təbib”-dən AÇIQLAMA

Kimlərin koronavirusa yoluxma ehtimalı yüksəkdir? - “E-Təbib”-dən AÇIQLAMA
 Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan "e-Təbib” mobil tətbiq əlavəsində "sarı" statuslu insanların sayı artıb.

Sfera.az xəbər verir ki, bunu trend-ə "E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

Onun sözlərinə görə, "sarı" statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:

"Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün "sarı" statuslu insanlar hesab edilirlər. Biz bu insanlara tövsiyə edərdik ki, digərlərini yoluxdurmamış laboratoriyalarda analiz versinlər. Əgər testin nəticəsi neqativ olarsa, onların statusu dəyişəcək və göy olacaq. Testin nəticəsi pozitiv olduqda isə həmin şəxslərin sağlamlıq statusları "qırmızı" rəngdə olacaq”.

F.Niftəliyev qeyd edib ki, "e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 1506 nəfər "sarı” statuslu insan var.

Layihə rəhbəri bu rəqəmin gündəlik olaraq, dəyişdiyini də söyləyib.

Virusun yayılmasının qarşısının alınması üçün İnsanları "e-Təbib" əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev bildirib ki, bu əlavənin bluetooth texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Xatırladaq ki, telefonuna "e-Təbib” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçən şəxslər ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilir. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.), bildiriş göndərilir və onlar laboratoriya testinə dəvət edilir.

OXŞAR XƏBƏRLƏR

Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ

 "Rayonlara gediş-gəliş yalnız eyzamiyyət vərəqi ilə bağlı ola bilər". Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmə...

Azərbaycanda koronavirusla bağlı AÇIQLAMA

 "Artıq bir aydan çoxdur ki, karantin rejimi yoluxma sayının artması səbəbindən yenidən sərtləşdirilib. Özünüz də müşahidə etdiniz ki, bu karantin rejimini...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı 267 nəfərdir. Sfera.az xəbər verir ki, bu barədə TƏ...

Azərbaycanda COVID-19-dan daha 592 nəfər sağaldı, 279 nəfər yoluxdu

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 İyulun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin...

Bu rayonda son günlər koronavirusa yoluxma qeydə alınmayıb

 Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu rayonlardan biri də Göygöldür. Rayonun əhalisi iyulun 5-dən sərt karantin rejiminin tələblərinə uyğun ya...