Kimisi xaricdə, kimisi Xoşbulaqda... - Deputatlar yay tətilini harada keçirəcək?

Kimisi xaricdə, kimisi Xoşbulaqda... - Deputatlar yay tətilini harada keçirəcək?
 
İyulun 15-də Milli Məclisin deputatları tətilə çıxır.

Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Sfera.az xəbər verir ki, "Report” deputatlar arasında harada dincələcəkləri ilə bağlı sorğu keçirib.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Report”a açıqlamasında deyib ki, tətili Azərbaycanda keçirəcək: "Xarici ölkəyə getmək fikrim yoxdur. Bakıda və deputat seçildiyim Lənkəranda olacağam”.

H.Rəcəbli Milli Məclisin növbədənkənar sessiyasının iyuladək davam etməsinin gərginlik yaratmayacağını qeyd edib: "Hesab edirəm ki, sessiya o müddətədək davam edəcəksə, işləyəcəyik. Bunu normal hesab edirəm”.

Deputat Kamilə Əliyeva bildirib ki, həmişə olduğu kimi bu dəfə də tətilini Azərbaycanda keçirəcək: "Əsasən deputatı olduğum Zaqatala və Balakən rayonlarında dincələcəyəm. Bu ərəfədə həm də seçicilərimlə görüşəcəyəm. Çalışacam ki, ölkəmizin indiyə qədər istirahət etmədiyim bölgələrində də dincəlim. Heç vaxt xarici ölkəyə üstünlük verməmişəm. Azərbaycanın dilbər guşələri çoxdur, orada qiymətlər də normaldır, həm də təhlükəsizdir. Ona görə istirahətimi ailəmlə birlikdə Azərbaycanda edəcəyəm”.

Deputat Cavid Osmanov isə tətili həm xaricdə, həm də ölkə daxilində keçirəcəyini qeyd edib: 

"Deputatlara iyulun 15-dək rəsmi iş günüdür. Tətilin bir hissəsini deputatı olduğum Ağdaş rayonunda, bir hissəsini də xarici ölkələrin birində keçirəcəyəm”.

Parlamentin üzvü Naqif Həmzəyev də tətili Azərbaycanda keçirəcəyini qeyd edib: "Tətilin bir hissəsini deputatı olduğum Gəncə şəhərinin Hacıkənd kəndində, Daşkəsən rayonunun Xoşbulaq kəndində keçirməyi planlaşdırıram. Yəni Gəncədə yaxınlığında olacağam. Onsuz da mən ən yaxşı halda yay aylarının iki həftəsini istirahət edirəm”.

Deputat Cavanşir Paşazadə də Azərbaycanda istirahət edəcəyini bildirib.

O qeyd edib ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana turistlər gəlir: "Ölkəmizin çox yaxşı istirahət zonaları var. Cənub bölgəsi də belədir. Buna görə də tətili Azərbaycanda keçirəcəyəm".

C.Paşazadə vurğulayıb ki, turizm sahəsində qiymət siyasətinə yenidən baxmaq lazımdır: "Bu, turistləri cəlb etmək üçün çox önəmlidir. Azərbaycan vətəndaşları da istirahət üçün Gürcüstana və digər ölkələrə üz tuturlar. Bu, təbii ki, imkana bağlıdır. Ona görə də qiymət siyasətinə yenidən baxmaq, təbliğat işini gücləndirmək lazımdır. Düşünürəm ki, qiymətlərdə müəyyən qədər endirim olmalıdır".

Deputat Elman Nəsirov Şəkidə istirahət edəcəyini bildirib: "Fikrim var ki, Şəkidə dincəlim. İyulun 15-dən etibarən rəsmi tətilə çıxırıq. Çalışacam, iki həftə istirahət edim”.

Milli Məclisin üzvü Tahir Rzayev deyib ki, Azərbaycanın istirahət etməli yerləri çoxdur, ona görə də ölkədən kənara çıxmayacaq: "Ölkənin bir sıra regionlarında istirahət etmişəm. Daha çox deputatı olduğum Ağcabədi rayonunda olacağam”.

Deputat Azər Badamov xatırladıb ki, parlamentin üzvləri tətilə rəsmi iyulun 15-dən çıxırlar.

O bildirib ki, yay tətilini deputatı olduğu Qusar rayonunda keçirəcək: "Qusarın təbiəti və istirahət mərkəzləri istirahət üçün əlverişlidir. Belə gözəl turizm bölgəsini qoyub, digər yerə istirahət üçün getmək düzgün olmaz”.

OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...