“Kimdir bunlardan həzz alan? İcra başçısı? TV rəhbərliyi? - Bayram Nurlu olayına SƏRT REAKSİYA

“Kimdir bunlardan həzz alan? İcra başçısı? TV rəhbərliyi? - Bayram Nurlu olayına SƏRT REAKSİYA

"Bu"nu və "bu"nun analoqlarını rayonlara, televiziyalara kim dəvət edib insanların məişətinə, şüuruna, şüuraltısına, uşaqların psixologiyasına təbliğ edib yerləşdirir? İcra başçısı? TV rəhbərliyi? Teleradio şurası? Hansısa nazirlik? Ya bu qurumların hansısa məsul əməkdaşı? O dəvət edənlərlə "bu"nların ortaq cəhətləri nədir? Bunları nə birləşdirir ki, heç bir bədii, mənəvi, sənət və təbliğat dəyəri nəinki olmayan, əksinə, bunların hamısına zidd olan, sadaladıqlarıma təhqir olan, onların "anasını ağladan" bu məxluqları dəvət edib bunlara həm pul verib yaşadıb, həm də təbliğ edirlər?”


Sfera.az xəbər verir ki, bu sözləri Dini işlər üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Elçin Əsgərov Bayram Nurlunun Qəbələdəki məlum görüntülərinə münasibət bildirərkən deyib.


"Kimdir bunlardan həzz alan? İcra başçısı? TV rəhbərliyi? Teleradio şurası? Hansısa nazirlik? Ya bu qurumların hansısa məsul əməkdaşı? Əgər hansısa "bu"nlarla ortaq zövqü və dəyəri olan əməkdaşdırsa, onda icra başçıları, tv rəhbərliyi, teleradio şurası, hansısa nazirlik bütün bunların dəfələrlə təkrarlandığını, qıcıq yaratdığını, xalqın mənəviyyatını getdikcə puç etdiyini görmür?”, deyə Elçin Əsgərob əlavə edib.


Elçin Əsgərov daha sonra bildirib: ”Ya bəlkə mən anlamıram, "bu"nlar xalqın vətənpərvərliyini, təhsilini, sağlamlığını, iqtisadiyyatımızı, hərbi gücümüzü artırır? Vallah, elədirsə mənə də başa salın bundan sonra gənclərə yönəlik tədbirlərə "bu"nlardan çağırım, gənclərin inkişafına daha çox töhfə verim. Bilmirəm deyə soruşuram”.


Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR