\"Kim üç ay sonra üçün proqnoz verə bilər ki?\"- Nazirlikdən sentyabrdan ənənəvi təhsilə keçidlə bağlı AÇIQLAMA

\
Xəbər verdiyimiz kimi, Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov sentyabrdan etibarən ənənəvi dərslərə qayıdışla bağlı proqnoz verib. Rektor bu məsələ üçün hazırlıq getdiyini də vurğulayıb.

Belə məqamda ortaya belə bir sual çıxır: Təhsil Nazirliyi tərəfindən sentyabrda ənənəvi təhsilə qayıdışla bağlı ali məktəbələrə təlimat verilibmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sentyabrdan dərslərin hansı formada təşkil olunması ilə bağlı qərar qəbul edilmədiyini bildirib:

"İndidən sentyabrla bağlı qərar vermək düzgün olmaz.Çünki sentyabra hələ 4 ay var. İndidən kim 3 aylıq proqnoz verə bilər ki? Sentyabra yaxın bu məsələ ilə bağlı qərar vermək olar". 
 
Nazirlik rəsmisi dərslərin ənənəvi formaya qayıtması ilə bağlı universitetlərə təlimat verilmədiyini qeyd edib: "Hələ ki, universitetlərə ənənəvi dərslərə qayıdışla bağlı təlimat vermək olmaz. Bu, mümkün deyil".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR