Kim haqlıdır: ÜST yoxsa, karantin rejimini yumşaltmaq istəyən ölkələr?

Kim haqlıdır: ÜST yoxsa, karantin rejimini yumşaltmaq istəyən ölkələr?

"ÜST-in tövsiyyələrini qulaqardına vurmaq olmaz”.


Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar bəzi ölkələrin pandemiya ilə əlaqədar karantin rejimini yumşaltmaq istəklərinə cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu halın baş verməsinin koronavirusun yenidən genişlənməsinə səbəb olacağı barədə xəbərdarlığı fonunda hansı tərəfin haqlı olmasına aydınlıq gətirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib.

 

Onun sözlərinə görə, yaranmış vəziyyətdə ÜST-in tövsiyyələrinə əməl etmək daha vacibdir: "Hər halda bu gün pandemiyaya qarşı mübarizə dəyərləndirilərkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsas götürülməlidir. Pandemiyanın ilk dövrlərində demək olar ki, bütün ölkələr ÜST-ni vaxtında tədbirlər görməməkdə ittiham edirdi. İndi isə ÜST karantin yumşalmasına getməyin yenidən virusun güclənməsinə gətirə biləcəyi xəbərdarlığını edib”.

 

Həmsöhbətimizə görə, hər bir dövlətin virusa qarşı mübarizədə öz ağlına gələn formada hərəkət etməsi xaosa gətirib çıxara bilər: "Görürük ki, isti ölkələrdə belə virus özünü göstərir. Nə qədər ki, kollektiv immunitet yaranmayıb, virus yoluxma nəticəsində mutasiyaya uğramayıb, təhlükə aradan qalxmayacaq. ÜST-in gördüyü tədbirlərin önəmi ondan ibarətdir ki, yoluxma imkanları aşağı düşsün. İndiki halda sosial izolyasiya tədbirlərindən söhbət gedirsə, bu hələ bir müddət də davam etməlidir”.


"Bu məsələdə hər bir dövlətin öz qərarı olmalı və həmin qərar da əsas götürülməlidir”

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev söylədi: "Yəqin ki, elə də olacaq. Çünki hər bir dövlət öz ölkəsində aparılan işin nəticələrini düzgün qiymətləndirə bilir. ÜST ancaq tövsiyyə verə bilər. Onun aldığı məlumatlar da dövlətlərin təqdim etdiyi statistikaya əsaslanır. Düşünürəm ki, Azərbaycanda mayın 4-dən sonra karantin rejimini yumşaltmaq üçün kifayət qədər münbit şərait yaranıb. Yəqin ki, pandemiya artan və ya azalan xətlə ilin sonuna qədər davam edəcək. Təbii ki, yumşalmalar da ona uyğun olacaq. Operativ Qərargah ilk olaraq hansı sahələrdə yumşalmaların olması, hansı bölgələrdə nə kimi tədbirlərin keçirilməsi barədə qərar verəcəksə, işimizi də ona uyğun görəcəyik. ÜST-in tövsiyyə və qərarlarına hər zaman hörmətlə yanaşırıq və buna ciddi əməl edən ölkələrdənik.Amma öz situasiyamızı özümüz daha düzgün qiymətləndirəcəyik”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...