Kim Çen İndən ETİRAF: \"Ölkədə ciddi səviyyədə aclıq var\"

Kim Çen İndən ETİRAF: \
Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib.
 
Sfera.az xəbər verir ki, dünən İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasında çıxış edən Kim Çen İn ölkədəki qıtlıq və digər problemlərə toxunub.
Ölkənin rəsmi xəbər agentliyi "KCNA”nın xəbərinə görə Kim Çen İn ölkədəki qida çatışmazlığının narahatlığa çevrildiyini qeyd edərək kənd təsərrüfatı sahəsində istehsalı artırmaq üçün işə başlayacaqlarını açıqlayıb.

O, beynəlxalq təşkilatları problem barədə danışıqlara dəvət edib.

Pandemiyaya baxmayaraq Şimali Koreya iqtisadiyyatının 2020-ci ildə 25% böyüdüyünü bildirən Kim Çen İn ötən il baş verən fırtınanın məhsullara böyük ölçüdə zərər verdiyini, bu növ təbii fəlakətlərin təsirlərini minimuma endirməyin vacib olduğunu qeyd edib. 

Şimali Koreya lideri ölkədəki aclığa baxmayaraq COVID-19-la bağlı məhdudiyyətlərin davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, o, aprel ayında ölkəsinin koronavirus məhdudiyyətlərindən və iqtisadi vəziyyətin gündən-günə pisləşməsindən sonra tarixinin ən çətin dövrünü yaşadığını açıqlamışdı.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...