Kim Çen İndən Co Baydenə gözdağı: \"Dünyanın ən güclü silahı\"nı nümayiş etdirdi - FOTOLAR

Kim Çen İndən Co Baydenə gözdağı: \
Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyadakı hərbi paradda digər hərbi texnikalarla yanaşı sualtı qayıqdan atılan yeni raket növləri də nümayiş edilib. 
 
Sfera.az xəbər verir ki, dövlət kanalında canlı yayımlanan paradda həmin raketlər "dünyanın ən güclü silahı" kimi təqdim olunub. 

Şimali Koreya lideri Kim Çen İn paraddakı çıxışı zamanı ABŞ prezidentinin kim olmasından asılı olmayaraq münasibətlərinin dəyişməyəcəyini və nüvə silahlarının istehsalına davam edəcəklərini söyləyib.

Kim Çen İnin ABŞ-ı ölkəsinin "ən pis düşməni" olaraq xarakterizə etməsindən bir həftə sonra keçirilən bu parad güc nümayişi kimi qiymətləndirilir. Hərbi ekspertlər bunu Kim Çen İnin ABŞ-ın yeni Prezidenti Co Baydenə mesajı hesab edirlər. 

Aysel
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR