Kiloqramı 5 manat 50 qəpiyə ət satırdılar - AQTA başlarının üstünü aldı

Kiloqramı 5 manat 50 qəpiyə ət satırdılar - AQTA başlarının üstünü aldı
 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.

AQTA-dan verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir.

Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı "Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən "Bolluq” marketə gətirilərək satılır.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən "Vüsal” marketə məxsus "Samrac 1001 xırdavat” adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...