Kılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVAB

Kılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVAB
Türkiyənin ana müxalifət lideri, CHP başqanı Kamal Kılıçdaroğlu bir neçə gün öncəki çıxışında Azərbaycan gömrüyündə Türkiyə TIR-larından yüksək rüsumlar alındığına etiraz edərək, qiymətlərin aşağı endirilməsi ilə bağlı ikitərəfli müzakirələrin aparılmasının zəruriliyini bildirib.

Maraqlıdır, Türkiyə TIR-ları üçün gömrük rüsumlarının aşağı endirilməsi mümkündürmü?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev bəzi məhsullar üçün gömrük rüsumlarının yüksək olduğunu və bu istiqamətdə dəyişikliyin zəruriliyini bildirib:
 
"Bu məsələ ilə əlaqədar iki tərəfin hökumət nümayəndələri görüşməli, təklif irəli sürməlidir. Nəzərə almaq lazımdır ki, biz bir millət, iki dövlətik. Ölkə prezidenti də dəfələrlə bildirib ki, Azərbaycanda türk şirkətləri üçün hər zaman yer var, onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Hər iki tərəfə yük maşınlarının daxil olması ilə bağlı rüsumlarda qiymətlərin dəyişdirilməsi lazımdır.
 
Çalışmalıyıq ki, türk şirkətləri Azərbaycanda fəaliyyət sahəsini genişləndirsin, istehsalı birbaşa buradan həyata keçirsin. Kənd təsərrüfatı malları, qida məhsullarının istehsalının ölkəmizdə tətbiqi üçün çalışmalıyıq. Artıq biz Türkiyə ilə yeni münasibətlər sisteminə daxil oluruq. Bütün bu amillər nəzərə alınmalı, gömrük rüsumlarının tətbiqi ilə bağlı yeni addımlar atılmalıdır".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...