Kılıçdaroğlunun Azərbaycan gömrüyü ilə bağlı etirazına DEPUTATDAN CAVAB
15:02 / 08.10.2021
3302
Türkiyənin ana müxalifət lideri, CHP başqanı Kamal
Kılıçdaroğlu bir neçə gün öncəki çıxışında Azərbaycan gömrüyündə Türkiyə
TIR-larından yüksək rüsumlar alındığına etiraz edərək, qiymətlərin aşağı
endirilməsi ilə bağlı ikitərəfli müzakirələrin aparılmasının zəruriliyini
bildirib.
Maraqlıdır, Türkiyə TIR-ları üçün gömrük rüsumlarının
aşağı endirilməsi mümkündürmü?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət
Quliyev bəzi məhsullar üçün gömrük rüsumlarının yüksək olduğunu və bu istiqamətdə
dəyişikliyin zəruriliyini bildirib:
"Bu məsələ ilə əlaqədar iki tərəfin hökumət nümayəndələri
görüşməli, təklif irəli sürməlidir. Nəzərə almaq lazımdır ki, biz bir millət,
iki dövlətik. Ölkə prezidenti də dəfələrlə bildirib ki, Azərbaycanda türk şirkətləri
üçün hər zaman yer var, onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Hər
iki tərəfə yük maşınlarının daxil olması ilə bağlı rüsumlarda qiymətlərin dəyişdirilməsi
lazımdır.
Əzizə Zeynal