Kiçik sahibkarların məhsul istehsalında payları azalıb

Kiçik sahibkarların məhsul istehsalında payları azalıb
Mikro, kiçik və orta (MKO) sahibkarlıq subyektlərinin məhsul istehsalında payı azalıb.
 
Sfera.az bildirir ki, MKO-ların sayı 2020-ci ildə artsa da, onlar tərəfindən yaradılan dəyər azalıb. 2020-ci ilin sonu vəziyyətinə ölkədə rəsmi qeydiyyata alınmış MKO-ların sayı 2019-cu ildəkinə nisbətən 12,7 faiz artaraq 1 130 048 vahidə çatıb. Yeni yaradılan kiçik sahibkarlıq subyektlərindəki artım bilavasitə fərdi sahibkarların sayının artması ilə (79,8 faiz) bağlı olub. 

Nominal ifadədə yaradılan əlavə dəyərin məbləği 1,2 faiz azalaraq 10,9 milyard manat təşkil edib. Məhsul istehsalının azalmasına baxmayaraq MKO-ların ölkədəki ümumi istehsaldakı payı 14,9 faizdən 16,7 faizə qədər artıb.

Kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların 10,7 milyard manatı qeyri neft-qaz sektorunda yaradılıb ki, bu da cəmi istehsalın 23,7 faizidir.
İstehsalın azalmasına baxmayaraq, MKO-larda olan işçilərin sayı artıb. Buradakı işçi sayı 332,2 mindən 348,7 minə yüksəlib. Həmin işçilərin orta maaşı isə 531 manatdan 612 manata çatıb.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR