Keysuke Hondanın “Neftçi”yə keçidi rəsmiləşdi

Keysuke Hondanın “Neftçi”yə keçidi rəsmiləşdi
Yaponiyalı yarımmüdafiəçi Keysuke Honda "Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib.

Sfera.az-ın məlumatına görə, imzalanma mərasimi "Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutub.

35 yaşlı ulduz futbolçunun Bakı təmsilçisi ilə sözləşmə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Tədbirdə klub prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyvazov da iştirak edib.

Qeyd edək ki, Keysuke Honda Yaponiyanın "Naqoya Qrampus” (2005-2007), Hollandiyanın "VVV-Venlo” (2008-2010), "Vitess” (2019), Rusiyanın MOİK (2010-2014), İtaliyanın "Milan” (2014-2017), Meksikanın "Paçuka” (2017-2018), Avstraliyanın "Melburn Viktori” (2018-2019) və Braziliyanın "Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010). O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.



OXŞAR XƏBƏRLƏR