Keysuke Hondadan \"Neftçi\" açıqlaması

Keysuke Hondadan \
Yaponiyalı futbolçu Keysuke Honda "Neftçi" ilə danışıqlar apardığını etiraf edib.

Sfera.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yerli radioya açıqlamasında müqavilə imzalamağa hazır olduğunu söyləyib.

O, Azərbaycana mümkün gəlişinə dair xəbərləri belə şərh edib: "Fikrimcə, bu əla xəbərdir. Çünki belə yeniliklər bu cür erkən mərhələdə fasiləsiz yayılmaqdadır. Siz bunu nəzərdən keçirdiyimi soruşursunuz. Mən isə "dərindən" deyirəm".

Honda "bu sizin hələ yekun qərarınız deyilmi" sualını isə belə cavablandırıb: "Ola bilsin, ola bilsin. Mən bilmirəm".

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya "Milan"ı ilə yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya "Portimonense" klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb. "Neftçi"yə keçidi rəsmiləşsə, Azərbaycan Yaponiya daxil olmaqla və Portuqaliya istisna edilməklə Hondanın çıxış etdiyi 8-ci ölkə olacaq.
 
(report)

OXŞAR XƏBƏRLƏR