\"Keşlə\" Baş Prokurorluğa müraciət etdi

\
"Keşlə"hüquqşunas Aslan İsmayılovun Feysbukda paytaxt təmsilçisi ilə bağlı yazdığı iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun yazdıqlarının həqiqəti əks etdirmədiyi bildirilib.

"Keşlə” və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, "İnter PİK” MMC ilə "Keşlə Futbol Klubu” MMC arasında 2017-ci il 23 oktyabrda "İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin "Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, "İnter Arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə "Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, "Keşlə Futbol Klubu” MMC-nin "İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:

01.03.2019 – 3,000.00 (üç min) manat

24.07.2019 – 5,000.00 (beş min) manat

21.10.2019 - 3,000.00 (üç min) manat

26.11.2019 - 3,000.00 (üç min) manat

15.04.2020 - 2,000.00 (iki min) manat

10.09.2020 - 1,000.00 (bir min) manat

05.08.2021 - 2,000.00 (iki min) manat

02.09.2021 - 3,000.00 (üç min) manat

20.09.2021 - 3,000.00 (üç min) manat

20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait "Keşlə” klubu tərəfindən hissə-hissə ödənilib", - vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov "İnter PİK” MMC ilə "Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib: "Aslan İsmayılovun "Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik".

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...