Kərimli Həmidova hücum etdi və …-Qalstuk altında gizlənənlərin DAVASI

Kərimli Həmidova hücum etdi və …-Qalstuk altında gizlənənlərin DAVASI
Müxalifətin 30 ildir dəyişməyən mahiyyəti Azərbaycan Xalq Hərəkatının aprelin 1-də baş tutan qalmaqallı iclasında bir daha ortaya çıxdı: ağır söyüşlər, əlbəyaxa dava, illərdir "siyasətçiyəm” deyib kürsülərini vermək istəməyənlərin diktaturası, təhqir jarqonunun hakim kəsilməsi, iddia etdikləri "siyasətçi” adına uyğun olmayan, "tin uşaqları” səviyyəsində davranışlar… AXH-nin iclası bu deyilənləri əyani şəkildə göz önünə sərdi.

Sınaqdan çıxmış bir təcrübə var ki, insan əsl kimliyini özünə nəzarəti itirəndə, yəni əsəbi vaxtlarında, yaxud da fərdi maraqları təmin edilməyəndə göstərir. Son iki gündə siyasi gündəmin əsas mövzusu olan iclasda baş verənlər də siyasətçi adına iddia edən bu kəslərin əsl kimliyini göstərmiş oldu.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun AXH-nin dönəm sədri Tural Abbaslıya hücum çəkməsi, Rəhim Qazıyevin 90-cı illərdən qalma jarqonla "nəsihətlər” verməsi, ardınca ona qarşı çıxanları ən ağır söyüşlərlə təhqir etməsi və ümumilikdə iclasda baş verənlər Azərbaycanda hakimiyyətə iddia edənlərin qalstuk altında gizlətdikləri mahiyyətlərinin ortaya çıxması idi.

Bu qalmaqal həm də müxalifət cameəsində zaman-zaman qızışan qarşıdurmanı da körüklədi. Xüsusilə AXCP sədri Əli Kərimlinin baş verənlərdən AXH-yə və İsgəndər Həmidova qarşı istifadə etməsi, cəbhəçilərin sosial şəbəkədə İ.Həmidova ağır sözlər ünvanlanması diqqət çəkir.

Əli Kərimlinin müşaviri İbrahim Məmməd iclasdakı davanı "Şok, Şok, Şok: Nemət Pənahlı AXH-dən qovuldu, İsgəndər Turala şillə atdı” deyə təqdim edib.

AXCP-nin Saatlı rayon şöbəsi sədrinin müavini Səmid Həmidli İ.Məmmədin rəyinə münasibət bildirərək yazıb ki, "İsgəndərin rəhbərlik etdiyi AXH-nin tərkibində 4 iyun 1993-cü il iştirakçılarından Etibar Məmmədov və Sürətdən başqa hamısı var”.

S.Həmidli daha sonra İ.Həmidovun 1993-cü ildə jurnalisti döyməsini xatırladıb və bu gün onun əlində oyuncağa çevrilənlərə işarə vurub.

AXCP fəallarından Fatimə Hüseynovanın AXH-nin yenidən keçirilən iclası haqqında "İndi yenə yığışıblar, canlı gedir” sözlərinə İbrahim Məmməd "oradakıların özləri də bir növ canlılardır” şərhini verib.

AXCP Ali Məclisinin üzvü Renad Nəcəfov AXH-də təmsil olunanları ləyaqətsiz adlandırıb.

AXCP üzvü Elnur Həsənəliyev isə "Rəsul Quliyev demişkən, bu bədbəxtlər oyuna gəldilər, xəbərləri yoxdur” deyə şərh edib.

Vəfa Abbasova "Bunların vaxtında Azərbaycan tarı-mar oldu, hər ikisi vətən xainidir” deyə İ. Həmidovla R. Qazıyevə işarə vurub.

Cəbhəçilər AXH və İsgəndər Həmidova qarşı ağır ifadələr işlətməkdən də çəkinməyiblər.

AXCP fəallarının AXH və İsgəndər Həmidov haqda yazdıqları:

Asif İsasoy – Ola bilər ki, mən bilməyim, məlumatsız olum. AXH-də satqın olmayan biri varsa, mənə bildirin.
Vəfa Abbasova – Satqın, vətən xaini İsgəndər Həmidovun ətrafı bundan artıq olmaz.
İltifat Mehdili – İsgəndər kimi şərəfsiz, satqının yanında ancaq belələri dura bilər.

Tural Tural – Allah eləməsin hakimiyyətə gəlsələr bir-birini bıçaqlayarlar. Vaxtilə Elçibəyə xəyanət edən "ağsaqqallar” hamısı bura yığılıb, guya hərəkat yaradıblar.
Qadir Cabbarov – Bunların bir dərdi var, Əli Kərimli. Neməti də Əli Kərimliyə görə çıxartdılar.

​Hətta bəzi cəbhəçilər AXH-ni "Azərbaycan Xalq Həyasızları” adlandırıb.

AXCP sədrinin müşaviri İbrahim Məmmədin "facebook”da paylaşımı ilə təşkil olunan bu kampaniyanın əsas istiqaməti Əli Kərimlini tərifləyib, AXH-ni, İsgəndər Həmidovu və digərlərini pisləməkdir. Məlumdur ki, bu kampaniyanı təşkil edən Əli Kərimlinin hədəfləri var.

Birincisi, özünü müxalifətin "əsas lideri” kimi göstərmək. Hərçənd, baş verən qalmaqaldan müxalifətdaxili qarşıdurmada istifadə etmək və ən ağır ifadələrlə özünə rəqib hesab etdiklərini təhqir etdirmək də Kərimlinin qalstuk altında gizlətdiyi özünəməxsus mahiyyətidir və bu, o qədər də təəccüblü deyil.

İkincisi, Milli Şuradan ayrılan bu şəxslərdən qisas almaq. Vaxtilə Milli Şurada təmsil olunan İsgəndər Həmidov Kərimlinin çətiri altından çıxandan sonra daha çox Müsavat partiyasına yaxınlaşdı. Bu gün AXH-də təmsil olunanların əksəriyyəti də zamanında Milli Şuranın üzvləri idilər, lakin 2013-cü il prezident seçkilərindən sonra onlar Əli Kərimlinin şəxsi və öz partiyasının ambisiyalarını hər şeydən üstün tutduğunu əsas gətirərək, dağılışdılar. Bu, Milli Şuranın parça-parça olması ilə nəticələndi. "Qisas qiyamətə qalmaz!” prinsipi ilə baş verən dava Kərimli üçün göydəndüşmə hesab oluna bilər.

Üçüncüsü, cəbhəçilərin xüsusilə İsgəndər Həmidovu hədəf seçməsi ikincinin zaman-zaman Əli Kərimlinin fərariliyini üzünə vurması, bunu dilləndirməsindən qaynaqlanır.

Göründüyü kimi, müxalifətdə ara qızışır və qalstuk altında gizlənənlər həm də bir-birilərini ifşa edirlər.

Asif Nərimanlı








OXŞAR XƏBƏRLƏR

"Aston Villa" ilə müqaviləni uzatdı, "Barça"ya "yox!" dedi 

İspaniyalı mütəxəssis Unai Emeri Birmingem "Aston Villa" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.   Sfera.az bildirir ki, daha əvvəl məşq...

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazi...

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...