Kərəm Həsənov və Zahid İsayev vəzifəsiz qaldılar

Kərəm Həsənov və Zahid İsayev vəzifəsiz qaldılar
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Sfera.az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov yenə də nazir postunda olacaq. Belə ki, o, İqtisadiyyat naziri təyin edilib.

2009-cu ildən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini icra edən Kərəm Həsənov isə komitə sədri kimi vəzifəsini itirib. Həmin Komitə bundan sonra İqtisadiyyat Nazirliyinin tabeliyində Xidmət kimi fəaliyyət göstərəcək. K.Həsənovun isə həmin Xidmətdə çalışıb-çalışmayacağı isə məlum deyil.

Eyni məsələ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayevə də aiddir. O, Agentlik sədri vəzifəsini itirib və Xidmət rəhbəri kimi işləyəcəyi bilinmir.

OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyevin kürəkəni: "Bunu özbaşıma edə bilmərəm..."

  "Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”. Sfera.az-ın məlumatına gör...

Anar Ələkbərovu prezdent köməkçi təyin etdi

Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib. Sfera.az-ın məlumatına görə Azərbaycan Respublikasının Prezidenti İlham...

Mübariz Mənsimovdan SƏRT BƏYANAT: O satqın...

Sosial şəbəkələrdə"Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyi...

YAP prezidentə müraciət etdi: MİLLLİ MƏCLİS BURAXILSIN - RƏSMİ

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib. APA-nın məlumatına görə, Siyasi Şura bu q...

Gürcü maşınlarına qadağa qalmaqalı böyüyür: Etiraz aksiyası - VİDEO

  Son günlər Gürcüstandan Azərbaycana gələn avtomobillərə məhdudiyyət tətbiq olunması ilə bağlı məsələ gündəmdədir.   Sfera.az Avtosfer.az-a i...

İlqar Məmmədov Pənah Hüseyni erməniyə bənzətdi - QALMAQAL

  Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Ermənistanın sabiq Baş naziri Qrant Baqratyanın bu günlərədə verdiyi açıqlamasına münas...