Kərbəlada qum fırtınası: 5 ölü, 80 yaralı - VİDEO
14:20 / 30.04.2019
2604
İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb.
Virtualaz.org-un yerli KİV-ə isinadən məlumatına görə, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb.
Bildirilib ki, Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər ölüb.
Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.