\"Kəramət psixoloji problemi olan adama oxşayır\" - Namiq Qaraçuxurlu

\
Məşhur meyxana ustadı Namiq Qaraçuxurlu gənc yazar Kəramət Böyükçölün meyxanaçılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. 

Sfera.az xəbər verir ki, meyxanaçı Oxu.az-a açıqlamasında Kəramətin psixoloji problemlərinin olduğunu deyib:

"Onun yazdığı statusa nəzər yetirəndə yalnız iki məsələni görmək olar: özünü reklam etmək istəyi, bir də psixoloji problem. Kəramət özünü reklam edənə oxşamır. Amma psixoloji problemi olan adama oxşayır.

Mən həqiqətən də istəyirdim ki, onu başa düşüm, tənqidini anlayım və müzakirə edim. Onun sadəcə dalaşmaq niyyəti var".

Son günlər sosial şəbəkələrdə bir-birinin ardınca narkomaniyanı təbliğ edən bayağı ifaların trend olmasından da danışan Qaraçuxurlu həmin ifaçıların həbsinə qarşı çıxıb:

"Həmin ifaçını xəbərdarlıq etmədən həbs etmək, bir gəncin həyatını korlamaq doğru deyil. Əgər ona dəfələrlə xəbərdarlıq olunubsa, o zaman təbii ki, cəzalandırılmalıdır ki, gənclərimizə ibrət olsun". 

Namiq bayağı musiqilərə rəqs edən xanımları da unutmayıb:

"Xanımların bu mahnılara qulaq asıb, rəqs etməsi məni şoka saldı. Bunların hansına münasibət bildirəsən? Bir deyil, beş deyil. Xanımların belə etməsi doğru deyil. Bu problem mənə elə gəlir ki düzəlməyəcək". 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...