Kəramət Böyükçölün son vəziyyəti ilə bağlı AÇIQLAMA

Kəramət Böyükçölün son vəziyyəti ilə bağlı AÇIQLAMA
9 gündür Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün səhhətində irəliləyiş var. 

Sfera.az xəbər verir ki, bu barədə bizim.media-ya atası, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə bildirib.

Onun sözlərinə görə oğlunun müalicəsi davam etdirilir:

"Kəramət yaxşıdır, görüşürük. Müalaicələrini alır. Səhər də ad günüdür. Amma bazar ertəsi qeyd edəcək. Çünki istirahət günüdür, istəyir ki, tibb bacıları da orada olsun. Özünün şəkli əks olunan 3 ədəd tort sifariş vermişik. Bazar ertəsi aparacağam və xəstəxanada kiçik bir qeydləmə olacaq". 

Qəşəm Nəcəfzadə oğlunun özünü əvvəlkindən daha yaxşı hiss etdiyini bildirib:

"Çox irəliləyiş var. Sevincliyəm ki, oğlum yaxşıdır. Deyir ata, sanki yenidən doğulmuşam. Həkim də bildirir ki, Kəramətin mövcudluğunun 95 faizi araq, 5 faizi özüdür. Uzun illər o qədər içib ki... Spirt tamamilə qanından təmizlənməlidir. Allah özü kömək olsun. Valideyn üçün çətindir. Mən gözəl insanlara, dostlara, jurnalistlərə təşəkkür edirəm. Bu ağır günlərdə Kəramətin qələm yoldaşları onu tək qoymadı", - deyə ata bildirib. 

Kəramət Böyükçölün telefonun özünə verilməsinə gəlincə, Qəşəm Nəcəfzadə bununla bağlı xəstəxana rəhbərliyinə müraciət etdiyini deyib:

"Telefonu məndədir, evdə saxlayıram. Həkimi deyir ki, telefon müalicəsinin gedişatına mənfi təsir göstərir, ona görə icazə vermirlər". 

İmişlidə göz açan tanınmış yazıçı Kəramət Böyükçölün sabah 34 yaşı tamam olur. 
Xatırladaq ki, Kəramət Böyükçöl oktyabrın 7-də Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib.

O, dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə alıb. Qəşəm Nəcəfzadə oğlunun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...