Kənd Təsərrüfatı nazirinin yeni müavini kimdir? - DOSYE

Kənd Təsərrüfatı nazirinin yeni müavini kimdir? - DOSYE
 Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sarvan Cəfərovu Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini vəzifəsinə təyin edib.

Sfera.az yeni nazir müavinin tərcümeyi-halını təqdim edir:

Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub. 1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib. 2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

İngilis və Rus dillərini bilir. Evlidir, 3 övladı var.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə pul verilə bilər - İl ərzində 40 min insana

  "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığort...

Prezident Sərəncam İmzaladı

  Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı...

Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi

 Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb. Sfera.az xəbər verir ki, qərara əs...

Avqustun 10-da Azərbaycanda bu televiziyanın yayımı dayandırılacaq - QƏRAR

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.   MTRŞ-dan Sfera.az-a verilən məlumata görə, iclasda 20 – 31 i...

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

  Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb...

Prezident SƏRƏNCAM İMZALADI

  Prezident İlham Əliyev "Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haq...